azerbaijan news app
Qara dənizdə teploxod batdı
image
2018-10-13 15:56

Qara dənizdə Panama bayrağı altında üzən və metal daşıyan teploxod batıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyindən (Rosmorreçflot) verilən məlumata görə, gəmi Azov limanından çıxıb və sahildən 50 mil məsafədə olub.

Teploxod 1,9 min metr dərinliyə batıb.

Bütün heyət üzvləri – 6 Azərbaycan və 2 Türkiyə vətəndaşı xilas ediliblər. Yunan bayrağı altında üzən tanker dənizçiləri Novorossiyskə çatdırıb. Dənizçilərin həyatı üçün heç bir təhlükə yoxdur.  

Teploxodunn batma səbəbi hələlik dəqiq açıqlanmır. Onun metallomun ağırlığından batma ehtimalı var.

 

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory