http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Qətər millisi tarixinin ən yüksək nəticəsinə imza atdı - VIDEO
image
2019-02-01 20:03

Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

Oxu.Az xəbər verir ki, kubokun finalında Qətər və Yaponiya milliləri qarşılaşıb.

Yarımfinala adlamaqla çoxlarını təəccübləndirmiş Qətər komandası finalda rəqibini 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunu qazanıb.

Qətər millisində Almoez Ali (12), Abdulaziz Hatem (27) və Akram Afif (83, pen.) fərqlənib. Yaponiya millisinin qolunu isə Takumi Minamino (69) vurub.

Bununla da 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Qətər millisi tarixinin ən yüksək nəticəsini qazanıb. Bu komanda ilk dəfə Asiya Kubokuna sahib çıxıb.

 

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory