http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Rumıniya XİN rəhbəri: Azərbaycana Aİ-yə üzv olması üçün kömək etməliyik
image
2019-02-02 16:19

“Şərq tərəfdaşlığı” proqramının təşəbbüsü barədə danışanda iki kateqoriyanı nəzərdə tutmalıyıq. Təşəbbüsün üç iştirakçı ölkəsinin – Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi var.

Onlar vətəndaşları üçün viza rejiminin aradan qaldırılması barədə razılığa gəliblər. Bu üç ölkə ilə iqtisadi əməkdaşlıq istiqamətində bütün maneələri aradan qaldırmaq istəyirik. Əlbəttə ki, bu, sazişin şərtlərinə riayət etmək yolu ilə baş verməlidir. 

1tv.ge saytının verdiyi məlumata görə, bu fikirləri Rumıniya xarici işlər naziri Teodor Meleşkanu deyib. 

“Bizim Belarus, Azərbaycan və Ermənistan kimi ölkələrimiz də var. Bu ölkələrə islahatların həyata keçirilməsi üçün dəstək göstərmək yolları tapılmalıdır. Bu islahatlar onların tezliklə assosiativ üzv olmasına kömək edəcək və ola bilsin ki, biz viza rejiminin aradan qaldırılması istiqamətində yol gedəcəyik”, - o deyib.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory