http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Rusiya ABŞ-ın raket müqaviləsindən çıxmaq qərarına reaksiya verdi
image
2019-02-01 23:06

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaq qərarını şərh edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Zaxarova Rusiyanın cavab reaksiya və addımlara hüququ özündə saxladığını bildirib.

O həmçinin əlavə edib ki, ABŞ-ın müqavilədən çıxması Rusiya ilə əlaqəli deyil.

Zaxarova qeyd edib ki, Vaşinqton müxtəlif sahələrdə öhdəliklərini üzərindən atmağa çalışır.

Qeyd edək ki, ötən ilin oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını bəyan edib. Müvafiq sənəd 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. 

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory