http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Rusiyanın məşhur reperi vəfat etdi
image
2019-02-03 09:47

Detsl ləqəbi ilə tanınan Rusiyanın məşhur reperi Kiril Tomatskiy dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu haqda onun atası produser Aleksadr Tomatskiy Vkontakte rəsmi hesabında məlumat paylaşıb.

"Kiril daha bizlə deyil" - Aleksandr yazıb. Musiqiçinin nədən vəfat etməsi hələdə rəsmi olaraq açıqlanmayıb. Detslın konsertlərinin rəhbəri Pavel Belenetsin söylədiyinə görə, sənətçinin ürəyi Rusiyanın İjevsk şəhərində verdiyi konsertdən sonra ürəyi dayanıb.

Qeyd edək ki, Kiril Tomatskiy eks "Bad B Alyans" qrupunun üzvü olub. Yaradıcılığı zamanı o 8 disk və albom buraxıb. Detsl sevilən mahnıları arasında Вечеринка», «Слезы», «Письмо» и «Для тебя» adlı məşhur hitləri var. Sənətçi Moskva-Britaniya beynəlxalq məktəbi bitirib. Təhsilini isə İsveçrədə alıb. "Пятница» adlanan ilk debut repini isə Detsl atası Aleksandr Yakovleviçin köməyi və dəstəyi ilə ərsəyə qətirib. Atası musiqiçinin gələcək karyerasında yardımçı olan ilk insanlardan olub.

 

 

Rəşad Əliyev

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory