azerbaijan news app
Şerdan Şakiri “Liverpula”a keçib
image
2018-07-14 04:46

İngiltərənin “Stok Siti” klubu və İsveçrə yığmasının yarımmüdafiəçisi Şerdan Şakiri “Liverpula” keçib.

 

APA-nın xəbərinə görə, bunu “Liverpul” klubunun mətbuat xidməti bəyan edib. Məlumata görə, 26 yaşlı Ş.Şakiri ilə uzunmüddətli müqavilə imzalanıb.

 

2015-ci ildən “Stok Siti”nin şərəfini qoruyan Ş.Şakiri əvvəllər “Bazel”, “Bavariya” və Milanın “İnter” klubunda çıxış edib. Ötən mövsümdə 36 dəfə meydana çıxan isveçrəli futbolçu 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.  İsveçrə millisinin heyətində ümumilikdə 74 matç keçirən Ş.Şakiri 21 dəfə rəqib qapısına yol tapıb. 

Xəbərin əsas linki (apa.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory