http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Şirvanda narkotacir “Tosu” ələ keçdi - FOTO
image
2019-02-02 11:34

Şirvan şəhərində “Tosu” ləqəbi ilə tanınan 1986-cı il təvəllüdlü Qaçayev Toğrul Rafət  narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə Report məlumat yayıb.

Məlumata görə, onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4000 ABŞ dolları və 4900 manat aşkar edilrərk müsadirə edilib.

T.Qaçayev barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory