http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Spiker: Kimisə parlamentə zorla seçməyiblər
image
2019-02-01 18:03

Spiker Oqtay Əsədov parlamentin yaz sessiyasının ilk plenar iclasının sonunda yenidən deputatlara kəskin xəbərdarlıq edib. 

Oxu.Az-ın xəbərinə görə, o bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər:

“Bəzi millət vəkilləri günün ikinci yarısında burada olmurlar. Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlir, bir gün gəlmirlər. Belə işləmək saymazlıq olur. Xahiş edirəm, həmkarlarınıza bunu deyin”.

Kamil HƏMZƏOĞLU

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory