azerbaijan news app
Türkmənistanın Azərbaycandakı səfiri BAMF-ın ofisini ziyarət edib
image
2018-07-14 09:20

Bakı. Trend:

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı olub və Fondun gördüyü işlər və layihələrlə tanış olub.

Trend-in məlumatına görə, görüş zamanı Türkmənistan səfiri Mekan İşanqulıyev və BAMF-ın prezidenti Umud Mirzəyev bir sıra məsələlərə, o cümlədən Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.

BAMF prezidenti U.Mirzəyev Türkmənistan səfirinə Fondun fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, 1992-ci ildə yaranandan bəri BAMF fəaliyyətini genişləndirərək hazırda Azərbaycandan kənarda dünyanın bir çox ölkələrində böyük bir tərəfdaş şəbəkəsinə malikdir. Fondun prezidenti 25 il ərzində BAMF tərəfindən vətəndaş cəmiyyəti, qaçqın və məcburi köçkünlər sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

U.Mirzəyev qeyd edib ki, mətbuat orqanı olaraq obyektiv məlumatların yayılması da Fondun fəaliyyət sahəsinə daxildir. Fond Azərbaycanda beynəlxalq təşkilatlar, BMT agentlikləri, diplomatik nümayəndəliklərlə əməkdaşlıq edərək müxtəlif humanitar layihələri həyata keçirir.

BAMF prezidenti həmçinin, regionda sülhün təmin olunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, münaqişələrdən ən çox dinc əhali əziyyət çəkir. BAMF prezidenti Türkmənistanın Azərbaycandakı səfirliyi ilə müxtəlif istiqamətlərdə birgə əməkdaşlığa hazır olduğunu bildirib.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory