http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Təhsil naziri: Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi istifadə etməməlidirlər
image
2019-02-01 13:10

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi deyil, şagirdlərin motivasiyasının və marağının artırılması istiqamətində istifadə etməlidirlər.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, gənc müəllimlər fəaliyyətlərinin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, onların şəxsiyyətinə hörmət etməlidirlər: "Gənc müəllimlər şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdiyi məktəbdə digər müəllimlərin təcrübəsindən faydalanmalıdırlar. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühitin yaranmasının şahidi olacağıq".

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory