http://bodelen.com/afu.php?zoneid=2241141
Bakı. Trend:
Əfqanıstan hakimiyyəti "Taliban" radikal hərəkatı ilə sülh razılaşması əldə edə bilsə, ABŞ öz qoşunlarını bu ölkədən çıxarmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.
D.Tramp deyib: "Biz demək olar ki 19 ildir Əfqanıstandayıq və bu müddət ərzində onlar [hakimiyyət və taliblər] sülh razılaşması bağlamaq haqqında danışırlar. Bu baş verdiyi halda biz öz insanlarımızı [hərbçilərimizi] geri qaytaracağıq. Görək, sonra nə olacaq. Lakin onlar ciddi danışıqlar aparırlar və ilk dəfə bunun üçün əsaslar var".
Xəbərin əsas linki (trend.az)Copyright © 2016 2019 All rights reserved.