http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Trampdan Rusiyaya önəmli mesaj
image
2019-02-02 01:13

ABŞ prezidenti Donald Tramp orta və yaxın mənzilli raketlərin ləğvinə dair yeni müqavilə bağlamaq istədiyini bəyan edib. 

Oxu.Az xəbər “Reuters”ə istinadən xəbər verir ki, o, müqaviləni təkcə ABŞ-la Rusiyanı deyil, digər ölkələri də əhatə etməsinin vacibliyini vurğulayıb. 

“Əsas odur ki, tərəflərdən biri bu müqaviləyə riayət etməyib. Biz riayət etmişik, digər tərəf isə yox. Onlar öhdəlikəri yerinə yetirməyənədək biz müqaviləni yerinə yetirən tək tərəf olmamalıyıq”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, ötən ilin oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bəyan edib. 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan müqavilə Avropada orta və yaxın mənzilli raketlərin ləğvini nəzərdə tuturdu. 

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory