http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Tural Yusifov: Yol polisinin bu tələbi qeyri-qanunidir - VİDEO
image
2019-02-02 17:02

Tanımış aparıcı, bloqer, yol-nəqliyyat sahəsi üzrə ekspert Tural Yusifov Dövlət Yol Polisi (DYP) əməkdaşlarını videoya çəkənlərin cəzalandırılacağı ilə bağlı açıqlamasını şərh edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin nəqliyyat iştirakçısını səbəbsiz yerə saxladığına dair görüntülər yayılmışdı. Məlumatlar yayıldıqdan sonra Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev mətbuata açıqlama verərək, yol polisini videoya çəkib yayanların cəzalandırılacaqlarını bildirib.

OXU: Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar

T.Yusifov bildirib ki, sürücü çəkdiyi videonu şantaj məqsədilə istifadə etmirsə, onu sərbəst şəkildə sosial şəbəkələrdə yaya bilər:

“Qanunvericilikdə yol polisi əməkdaşının görüntülənməsinə dair qadağa yoxdur. Əgər qadağan olunan heç bir maddə yoxdursa, vətəndaş necə cəzalana bilər? Tutaq ki, siz yol polisinin görüntülərini çəkmisiniz, daha sonra bunu sosial şəbəkələrdə yaymısınız. Bundan sonra DYP sizi cəzalandırmaq üçün məhkəməyə üz tutur.

Onlar hansı maddə ilə sizə cəza tətbiq edəcəklər? Vətəndaş sərbəst şəkildə yol polisinin əməkdaşının fəaliyyətini video ilə qeyd edə bilər. Lakin həmin videoda təhqir, yaxud şantaj olmamalıdır. Əgər vətəndaş video çəkirsə və şantaj məqsədilə yayırsa, bu, cinayət və inzibati məsuliyyət deməkdir”.

Aparıcı bildirib ki, əgər vətəndaş yol polisi əməkdaşı ilə ünsiyyətini qeydə alırsa, bu, qeyri-qanuni deyil:

“Sürücünün görüntüləri sosial şəbəkələrdə yaymaq hüququ var. Yol polisi öz vəzifəsini düzgün yerinə yetirirsə, heç bir əlavə suallar yaranmayacaq. Əlavə suallar nə zaman yaranır? Yol polisi inspektoru öz xidməti vəzifəsini düzgün yerinə yetirməyəndə. Heç kim qeydiyyatçı vasitəsilə lentə alınan görüntülərə görə cəzalandırıla bilməz”.

T.Yusifov onu da vurğulayıb ki, yol polisi xidmət başında görüntüsünün çəkilməsini qadağan edə bilməz:

“Hətta inspektor əmr versə belə, vətəndaş lentə almağa davam edə bilər, çünki sürücü onun şəxsi həyatını çəkmir. Yol polisi yalnız yol hərəkəti ilə bağlı əmr verə bilər: saxla avtomobili, qırmızıda keçmə, dayanmanı pozma, sür, keç. DYP-nin videoqeydiyyatın dayandırılmasını tələb etməsi qeyri-qanunidir”.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory