http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Tutanhamonun sərdabəsinin sirri açıldı - FOTO
image
2019-02-01 09:18

Qədim Misir faraonu Tutanhamonun sərdabəsini 10 il ərzində restavrasiya etmiş mütəxəssislər XX əsrin əvvəlində dəfn otağının divarında aşkarlanmış müəmmalı ləkələrin ölmüş bakteriyalar olduğunu müəyyən edib.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Restavrasiyanı Getti Konservasiya İnstitutunun mütəxəssisləri  Misirin Qədim abidələr üzrə Nazirliyinin əməkdaşlığı ilə divar yazılarını təmizləyib və əvvəlki vəziyyətinə qaytarmağa çalışıb, həmçinin dağılma izlərini aradan qaldırmağa çalışıb.

Ancaq onlar əvvəllər artan mikroorqanizmlərin olduğu hesab etdikləri divar ləkələrinə toxunmamağa qərar veriblər.

XX əsrin 20-ci illərində çəkilmiş fotoşəkillər əsasında aparılan müqayisə, ləkələrin ölçü baxımından bu qədər vaxt ərzində dəyişmədiyini göstərib. Kimyəvi analiz isə həmin ləkələrin əslində ölmüş bakteriyalar olduğunu və ona görə mumiyalar üçün təhlükəsiz olduğunu ortaya çıxarıb.

Qeyd edək ki, Misir Faraonu Tutanhamon  təxminən e.ə. 1332-1323-cü illərdə hakimiyyətdə olub. Taxta 10 yaşında gəlib, 19 yaşında vəfat edib. Onun sərdabəsi 1922-ci ildə aşkarlanıb. Sərdabədə içində faraonun mumiyalanmış nəşi olan sarkofaq tapılıb.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory