http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
ÜST qızılca ilə bağlı: Azərbaycanda gözləniləndən daha artıq yoluxma var
image
2019-02-01 22:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qızılcaya yoluxma gözləniləndən daha artıq müşahidə edilir.

Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Həmin ölkələr onlayn sistem vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatını mövcud vəziyyətlə bağlı daimi şəkildə məlumatlandırırlar:

"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory