http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
ÜST rəsmisi: Azərbaycanda A/H1N1 virusu var, amma bu, yeni virus deyil, "donuz qripi" adlandırılmır
image
2019-02-01 10:29

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu, yeni virus deyil və bu virus artıq "donuz qripi" də adlandırılmır. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, 2009-cu ildən müşahidə edilən A/H1N1 virusu artıq "donuz qripi" adlandırılmır.

H.Harmancı qeyd edib ki, Azərbaycanda da müşahidə edilən virus Avropada, Gürcüstanda müşahidə edilən virusdur: "Amma A/H1N1 artıq adi mövsümi qrip hesab edilir. Hazırda mövsümi qrip həm A/H3N2, həm də A/H1N1 virusları yaradır. Gürcüstanda isə hazırda A/H1N1 virusu geniş yayılır, amma bu virus 10 ildir ki, dünyada yayılan eyni virusdur və ötənilki viruslardan fərqlənmir. Virusun dəyişməsi daha təhlükəlidir".

Ofis rəhbəri bildirib ki, "donuz qripi" donuzdan insana keçdikcə və insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir: "Dünyada sonuncu dəfə 2009-cu ildə son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan A/H1N1 olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və H3N2 virusları törədir. Hər il olduğu kimi, dünyada builki mövsümdə də bu virus var. Avropada, Gürcüstanda və Azərbaycanda adi mövsümi qrip var".

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory