http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
ÜST rəsmisi: Azərbaycanda A/H1N1 virusu var
image
2019-02-01 10:56

Bu gün Azərbaycanda A/H1N1 virusu var. Bu, yeni virus deyil. 2009-cu ildən müşahidə edilən A/ H1N1 virusu artıq “donuz qripi” adlandırılmır.

Oxu.Az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qrip artıq 10 ilə yaxındır mövcuddur:

“Bu “donuz qripi” yox, adi mövsümi qripdir.  Azərbaycanda müşahidə edilən virus Avropada, Gürcüstanda da müşahidə edilir. Lakin A/H1N1 artıq adi mövsümi qrip hesab edilir, “donuz qripi” yox. Bu mövsümi qrip özü həm A/H3N2, həm də A/H1N1 viruslarını yarada bilir. Virusun dəyişməsi daha təhlükəlidir”.

H.Harmancı onu da əlavə edib ki, “donuz qripi” donuzdan insana keçdikcə və insandan insana keçərək yayıldıqca buna artıq mövsümi qrip deyilir:

“Dünyada sonuncu dəfə 2009-cu ildə son pandemiya olub. Bu zaman yeni yaranan virusun insana keçməsi müşahidə edilib. Son pandemiyanı yaradan A/H1N1 olub. Bütün Avropa ölkələrində yayılan qrip virusuna qarşı laboratoriyalarda müayinələr aparılır. Nəticələr geniş müzakirə edilir və yekun qərar əsasında hansı virusun yayılması müəyyənləşdirilərək ona uyğun mövsümü qrip peyvəndləri hazırlanır”.

H.Harmancı Azərbaycanda A/H1N1 müşahidə edilməsinin təşvişə səbəb olacaq vəziyyət olmadığını da diqqətə çatdırıb:

“Bu məsələni tez-tez gündəmə gətirərək, insanları təlaşlandırmaq lazım deyil. Viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək mütləqdir”.

Könül Cəfərli 

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory