http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Valyuta bazarında niyə 100 milyonluq disbalans yaranıb?
image
2019-02-01 15:40

2018-ci il valyuta bazarı proqramı 6,5 milyard dollara yaxın və ya 9 milyard 216 milyon manat həcmində qiymətləndirilirdi.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, real olaraq, valyuta bazarlarında 100 milyon dollardan artıq vəsait satılmayıb və nəticədə, bazarda disbalans yaranıb.

Lakin bu vəsait məhz valyuta şəklində büdcəyə köçürülüb, dövlət borclarının ödənilməsi və valyutaya tələb yaranan digər xərclərə yönəldiləcək.

Qeyd edək ki, bu, 9 milyard 216 milyon manat Dövlət Neft Fondundan büdcəyə köçürülən vəsaitin 2018-ci il üzrə ümumi həcmidir. Fonda daxilolmalar valyuta ilə həyata keçirildiyindən həmin vəsait valyuta bazarına çıxarılır. Fondun bu vəsaitləri banklar tərəfindən alınır və nəticədə, ödənilən manat isə büdcəyə transfer edilir.

İlhamə Abdullayeva

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory