http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Vin Dizelsiz yeni “Forsaj”ın treyleri yayımlandı - VİDEO
image
2019-02-02 13:04

“Universal” kinostudiyası “Forsaj” kinosilsiləsindən olan növbəti filmin treylerini “YouTube” portalına yerləşdirib. 

Oxu.Az-ın məlumatına görə, “spinof”da (filmin və ya silsilənin əsas sujet xəttindən müstəqil olan, ayrıca hissəsi-red) Dueyn Conson və Ceyson Stethem baş rollara çəkilib. Filmin böyük ekranlara avqust ayında yol tapacağı bildirilir.

Yeni hissədə Vin Dizelin personajının olmaması  sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

“Kadrlarda keçəllərə çox az rast gəlinir. Bu heçdə yaxşı deyil”, - deyə istifadəçilərdən biri gileylənib. “Vin Dizelsiz forsaj , forsaj deyil”, - deyə başqa biri yazıb.

Xatırladaq ki, 2016-cı ildə Vin Dizellə Dueyn Consonun “Forsaj 8” filminin çəkilişlərində mübahisə etdikləri barədə xəbər yayılmışdı.

Birinci, “Qaya” ləqəbli aktyorla səhnələrin birində mübahisə edərək, çəkiliş meydançasını tərk etmişdi. Bir müddət sonra yerli “sarı mətbuat” onların barışdığını bildirmişdi.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory