http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
XİN-dən Paşinyanın Almaniyada verdiyi bəyanatlara reaksiya
image
2019-02-01 19:38

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində bir neçə bəyanatla çıxış edərək, “Azərbaycan tərəfinin güzəştləri, münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi fikirlər səsləndirməsinə münasibət bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq XİN-dən bildirilib ki, münaqişəsi nəticəsində məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib:

“Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT TŞ-nin dörd qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.

Məlumatda həmçinin qeyd olunur ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq”dan yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir.

“Ermənistanın baş naziri kimi Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq, yeni siyasi vəziyyəti yaradacaq”, - deyə açıqlamada bildirilir.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory