http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Yağış yağacaq
image
2019-02-01 13:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 fevralda gözlənilən hava şəraiti haqda məlumat yayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 02-03-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory