http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Yaponiyada Türkiyə vətəndaşları işə götürülməyəcək
image
2019-02-01 10:15

Yaponiyada qəbul olunan qalmaqallı qanun Ankaranı qəzəbləndirib. Belə ki, rəsmi Tokio vətəndaşlarına işgüzar viza verilən ölkələrin siyahısına Türkiyəni daxil etməyib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy Yaponiyada iş icazəsinin verilməsi şərtlərini təsdiq edən qanuna diqqət çəkib.

2019-cu ilin aprel ayında qüvvəyə minəcək normativ akta bir sıra ölkələrdən ibarət siyahı daxildir. Bu siyahıda yer alan ölkələrin vətəndaşları Yaponiyada işləmək icazəsi ala bilməyəcək və daimi yaşayış qeydiyyatına düşməyəcək.

Aksoyun sözlərinə görə, yeni qanun Türkiyə və Yaponiya arasında strateji tərəfdaşlıq ruhuna ziddir.

Ankara qanuna yenidən baxılacağına inanır. Türkiyə hökumətinin bununla bağlı narahatlığı artıq Yaponiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfirinin diqqətinə çatdırılıb.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory