http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəmələr yaşadıqları ünvanlarda təqdim edildi
image
2019-02-01 13:35

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Bu amil nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.

Müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory