http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Yolumuzu biz uzadırıq, yoxsa naviqator? - VİDEO
image
2019-02-01 11:21

Gündəlik həyatımızın, demək olar ki, çox hissəsi yollarda keçir. 

Çoxumuz istədiyimiz ünvana vaxtında yetişə bilmədiyimiz üçün sürücünü qınayırıq ki, ünvanı tapa bilmir, yaxud naviqator sistemindən istifadə etməyi bacarmır.

Sürücü isə öz növbəsində sərnişinin ünvanı düzgün sifariş vermədiyini deyir. Tərəflərin anlaşmazlığına səbəb olan problemə cavab tapmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərkibində yaradılan Azərbaycanın ilk Milli Naviqasiya Sistemi “AzNav”a müraciət etdik.

Komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilovun Oxu.Az-a verdiyi məlumata görə, bu cür anlaşmazlığın yaranmasının əsas səbəblərdən biri də sərnişinin nəqliyyat vasitəsini sifariş edərkən rəsmi ünvanı yox, el arasında deyilən yerləşmələri deməsidir.

Billurə Mikayıllı, Orxan Hüseynzadə 

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory