http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Yuxarı Qarabağ Kanalı-Beyləqan avtomobil yolu yaxın günlərdə istifadəyə veriləcək (FOTO)
image
2019-02-01 18:54

Bakı. Trend:

Respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan və 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsinin yenidən qurulması artıq yekunlaşır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yaxın günlərdə yol vətəndaşların istifadəsinə veriləcək.

Hazırda yolun sözügedən hissəsində yenidənqurma işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir. Yol boyu müasir yol infrastrukturunun yaradılması istiqamətində əraziyə ıazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının 40 min kub.m həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla qazılaraq çıxarılıb. Qazılmış hissələrin yenidən bərpası və tələb olunan hissələrdə yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kub.m həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kub.m torpaq yatağının tikintisi işləri aparılıb.

Texnoloji ardıcıllığa uyğun olaraq 120 min kv.m sahədə ümumi hündürlüyü 46 sm olan karxana çınqılı materialından əsasın alt ,optimal-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri aparılıb. Hazırda isə yolun sözügedən hissəsində iri dənəli asfalt –beton qarışığı ilə 8 sm hündürlüyündə örtüyün alt və 7 sm hündürlüyündə örtüyün orta layının, həmçinin hündürlüyü 5 sm olan xırda dənəli asfalt-beton qarışığından yol örtüyünün aşınma layının tikintisi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory