http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Zərdabda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır
image
2019-02-01 15:38

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DBX-dən Trend-ə verilən məlumata görə, cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Zərdabda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Hazırda Dövlət Baytarlıq Xidmətinin Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən Qoşaoba kəndində yerləşən Rzayev Şəhriyar Bayram oğluna məxsus şəxsi təsərrüfatda 42 baş iribuynuzlu və 6 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılıb.

Ümumiyyətlə, yanvar ayı ərzində rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 41 170 baş iribuynuzlu, 698 baş təkdırnaqlı heyvanda qarayara, 1806 baş qapı itində quduzluq xəstəliyinə qarşı peyvəndləmə və 2630 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory